ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. ADPU-nun yarışmada iştirak edən 3 komandasının hər biri qalib olub.
Universitetdən Xəbər15-ə bildirilib ki, Kompüter elmləri kafedrasının və STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə yarışa qatılan “ADPU GİRLS” komandası “Girls Firefighting” kateqoriyası üzrə I yerə, “HYDROTESK” komandası “Water Rally” kateqoriyası üzrə I yerə, “AZİRRİGATİON” komandası isə “Green Entrepreneurship” kateqoriyası üzrə III yerə layiq görülüb.
Qeyd edək ki, Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. 2024-cü ildə keçirilən “Robotex Türkiyə” yarışmasında dünyanın 11 ölkəsindən 18 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışıb. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.
Eyni zamanda, ADPU-nun STEAM Mərkəzinin direktoru dosent Arzu Daşdəmirov da “Robotex Türkiyə”də ziyarətçi qismində iştirak edib.
Oxunma sayı: 60-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb