“iPhone 16” belə olacaq
Yeddi aydan sonra “Apple” şirkəti “iPhone” smartfonlarının yeni seriyasını buraxacaq.
Xəbər15 məlumat verir ki, “iPhone 16 Pro”nun tamamilə yeni kamera dizaynında olacağı gözlənilir.
İddia olunur ki, “Apple” spinneri xatırladan formada üçlü kameralı prototipi sınaqdan keçirir.
Eyni zamanda, təsvir kameranın faktiki dizaynını əks etdirmir, yalnız “təhlükəsiz zona”nı – “Apple”ın korpus elementlərini yerləşdirməyi planlaşdırdığı ərazini vurğulayır.
Məlumata görə, istifadəçilərdən biri onun reallıqda necə görünə biləcəyini göstərən renderlər yerləşdirib.
Baza “iPhone 16” modellərinin də kamera blokunun yenilənmiş dizaynını alacağı gözlənilir . Renderlərə əsasən, smartfon kvadrat çıxıntısını itirəcək və daha çox “iPhone 11” və ya “Nothing Phon”a bənzəyəcək.
Yeni “iPhone”ların buraxılışına hələ çox aylar qalıb, lakin şəbəkədə artıq “iPhone 16” haqqında kifayət qədər şayiələr toplanıb.
Kameranın təkmilləşdirilməsinin 2024-cü il “iPhone” seriyasındakı əsas təkmilləşdirmələrdən biri olacağı gözlənilir. Bunun üçün şirkət hətta gövdəyə daha bir düymə quraşdıracaq, onun köməyi ilə siz böyütmə və diqqəti tənzimləyə bilərsiniz. Pro modellərinin ekranları isə uzun illərdən sonra ilk dəfə olaraq böyüyəcək.
Oxunma sayı: 39-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb