Azərbaycandakı hotellərdə yerləşdirilmiş şəxslərin sayı 15 % artıb
2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə yerləşdirilmiş şəxslərin sayı 1 milyon 945 min 49 nəfər olub.
Xəbər15 Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə 14,6 % çoxdur.
İllik göstəricinin 1 milyon 594 min 500 nəfəri Bakıdakı hotellərin payına düşüb. Bu da 1 il əvvələ nisbətən 19,8 % çoxdur.
Ötən il Qarabağda fəaliyyət göstərən hotellərdə yerləşdirilmiş şəxslərin sayı isə 36 min 859 nəfər olub. Bu da əvvəlki illə müqayisədə 17 % çoxdur.
Hesabat dövründə Naxçıvandakı hotellərdə isə 21 % az – 47 min 36 nəfər yerləşdirilib.
Oxunma sayı: 43OXŞAR XƏBƏRLƏR
-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb