AZAL-ın Bakı-Dubay təyyarəsi uçuşunu yerinə yetirə bilməyib

Turizm - 17 Aprel 2024 13:23 A A

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə “J2 011” nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.

AZAL-ın mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.

Oxunma sayı: 42
Turizm - 13:23 A A
OXŞAR XƏBƏRLƏR