Şahdağda qış turizm mövsümü başa çatıb

Turizm - 2 Aprel 2024 14:14 A A

Şahdağ Turizm Mərkəzində qış mövsümünə yekun vurulub.

Xəbər15 məlumat verir ki, aprelin 1-dən etibarən mərkəzdə qış mövsümünün bağlanışı elan edilib və bütün xizək yamacları fəaliyyətini mövsümi olaraq yekunlaşdırıb.

Bundan əlavə mərkəzdəki “Gaya Residences” və “Zirvə” hotelləri də yay mövsümünün açılışınadək fəaliyyət göstərməyəcək. “Shahdag Hotel & SPA” isə ilboyu Şahdağda istirahət etmək istəyənlərin xidmətindədir.

Şahdağ Turizm Mərkəzində artıq yay mövsümünün hazırlıqlarına başlanılıb.

Oxunma sayı: 39
Turizm - 14:14 A A
OXŞAR XƏBƏRLƏR