Rusiya aviaşirkəti Həştərxandan Bakıya uçuşları bərpa edib
Rusiyanın “Azimut” aviaşirkəti Həştərxandan Bakıya birbaşa müntəzəm uçuşları bərpa edib.
Xəbər15 məlumat verir ki, bu barədə Həştərxan Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan paytaxtına uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.
Təyyarə Bakıdan saat 07:00-da qalxacaq və yerli vaxtla saat 08:30-da Həştərxana enəcək, əks istiqamətdə isə yerli vaxtla saat 09:35-də yola düşəcək və saat 11:05-də Bakıya çatacaq.
Bir istiqamətdə səyahət müddəti 1 saat 30 dəqiqədir.
Xatırladaq ki, hazırda Həştərxandan Bakıya “Azərbaycan Hava Yolları” QSC də aviareyslər yerinə yetirir.
Oxunma sayı: 40OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb
-
Türkiyə Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib