Üç ayda Türkiyədən Azərbaycana gələn turistlərin sayı 25 % artıb

Turizm - 23 Aprel 2024 12:42 A A

Bu ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana gələn turistlərin sayı 25 % artıb.

Bu barədə Xəbər15-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, Azərbaycana gələnlərin 19,3 %-i Türkiyədən olan turistlərin payına düşüb.

Həmçinin qeyd edilən dövrdə Azərbaycandan Türkiyəyə gedənlərin sayı 28,1 % artıb. Azərbaycan vətəndaşlarının 38,3 %-i Türkiyəyə səfər edib.

Oxunma sayı: 42
Turizm - 12:42 A A
OXŞAR XƏBƏRLƏR