AZAL Rusiyadan gələn sərnişinlərinə müraciət edib

Turizm - 23 Mart 2024 13:28 A A

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.

Xəbər15 AZAL-ın mətbuat xidmətinə istinadən məlumat verir ki, “Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar martın 23-25 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Oxunma sayı: 55
Turizm - 13:28 A A
OXŞAR XƏBƏRLƏR