AFFA üç klubu cərimələyib

İdman - 9 Aprel 2024 15:06 A A

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Xəbər15 məlumat verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qarabağ” – “Səbail” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə aldığına görə “dənizçilər” 700 manat cərimə edilib.

“Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat ziyana düşüb. Eləcə də qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat cərimələnib.

Oxunma sayı: 57
İdman - 15:06 A A
OXŞAR XƏBƏRLƏR