Azərbaycan və Türkiyə milliləri üz-üzə gəlir

İdman - 23 Aprel 2024 16:43 A A

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək.

Xəbər15 bildirir ki, yığma Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

U-17 mayın 1-də Minskə yollanacaq. Komanda mayın 2-də Belarus, 4-də Qazaxıstan, 7-də isə Türkiyədən olan həmyaşıdları ilə üz-üzə gələcək.

Oxunma sayı: 40
İdman - 16:43 A A
OXŞAR XƏBƏRLƏR