TANAP ilə nəql olunan qazın həcmi 2 dəfə artırılacaq

İqtisadiyyat - 1 Aprel 2023 18:13 A A

Trans-Adriatik qaz kəmərinin (TANAP) ötürücülük qabiliyyəti yaxın gələcəkdə ikiqat artırılacaq.

Xəbər15 Türkiyə mediasına istinadla məlumat verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“TANAP Azərbaycan qazının Türkiyəyə və oradan da Avropaya nəqlini təmin edən vacib infrastrukturdur. Hazırda ötürücülük gücü illik 16 milyard kubmetrdir, lakin biz yaxın gələcəkdə onu ikiqat artıracağıq. Türkiyə də, qonşularımız da ötürücülük qabiliyyətinin artırılmasından qazanacaqlar”, – o aydınlıq gətirib.

F.Dönməz Türkiyənin həm özünün, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsini öz üzərinə götürən ölkələrdən biri olduğunu bəyan edib.

Oxunma sayı: 407
İqtisadiyyat - 18:13 A A
OXŞAR XƏBƏRLƏR