“Neftçi” klubu “Beşiktaş” və “Giresunspor” ilə qarşılaşacaq

İdman - 7 Aprel 2023 12:42 A A

Bakının “Neftçi” futbol klubunun U-12 komandası bu gün “İzmir Cup” beynəlxalq turnirində mübarizəyə başlayır.

Xəbər15 məlumat verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Gürcüstanın “Dinamo” (Tbilisi) və Rusiyanın “Zenit” klubları ilə qarşılaşacaq.

Komandanın oyunları “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Daha əvvəl “Qarabağ”ın U-12 komandası da bu turnirdə iştirak üçün İzmirə getmişdi.

Turnirdə 20 ölkədən 72 komanda birincilik uğrunda mübarizə aparacaq.

Yarışa aprelin 9-da yekun vurulacaq.

Oxunma sayı: 437
İdman - 12:42 A A
OXŞAR XƏBƏRLƏR