Türkiyə güləşçisi Azərbaycan təmsilçisini məğlub edərək Avropa çempionu olub

İdman - 20 Aprel 2023 03:39 A A

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatının ikinci yarış günündə Türkiyə təmsilçisi Feyzullah Aktürk finalda Osman Nurmaqomedov (92 kq) ilə mübarizə aparıb.

Xəbər15 məlumat verir ki, gərgin keçən görüşdən Feyzullah Aktürk 5:2 hesablı qələbə ilə ayrılıb və Avropa çempionu olub.

İntiqam Cəbrayıl Qadjiyev (74 kq) təsnifat mərhələsində avstriyalı Simon Markl üzərində inamlı qələbə qazanıb – 6:1. Yığma üzvü 1/8 finalda olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Frank Çamizoya (İtaliya) məğlub olub – 4:9. Rəqib finala yüksəldiyi üçün Qadjiyev təsəlliverici görüşdə türkiyəli Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibinə minimal fərqlə (4:5) uduzub.

Abubakr Abakarov (86 kq) 1/8 finalda türkiyəli Fatih Erdinə qalib gəlib – 7:5. Abakarov 1/4 finalda Avropa çempionu Dauren Kuruqlievə (Yunanıstan) məğlub olub – 0:9. Rəqib finala yüksəldiyi üçün Abakarov təsəlliverici görüşə çıxıb və Avropa 3-cüsü olub.

Georgi Meşvildişvili (125 kq) ilk mərhələdə almaniyalı Gennadi Kudinoviçi “tuş”la üstələyib. Təmsilçimiz 1/4 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgüllə bacarmayıb – 1:3. Titullu rəqib finaladək irəliləyib və çempionatı bürünc medalla başa vurub.

Oxunma sayı: 434
İdman - 03:39 A A
OXŞAR XƏBƏRLƏR