Şərqşünas alim Türkiyədə II Beynəlxalq Ədalət Konqresində məruzə edib

1+1 - 8 May 2023 15:40 A A

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Türkiyədə İstanbul Arel Universiteti tərəfindən keçirilən II Beynəlxalq Ədalət Konqresində iştirak edib.

İnstitutdan Xəbər15-ə bildirilib ki, konqresdə Namiq Məmmədovun “Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyədə hüquqi islahatlar (2002-2015)” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Türkiyədə hüquqi sahədə həyata keçirilən islahatlar, onların səbəbləri, həyata keçirilməsini zəruri edən amillər və reallaşdırılması zamanı qarşıya çıxan problemlər, həmçinin əldə olunan nəticələr əksini tapıb.

Oxunma sayı: 394
1+1 - 15:40 A A
OXŞAR XƏBƏRLƏR