Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə səfəri davam edir

1+1 - 15 May 2023 23:53 A A

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.

Xəbər15 məlumat verir ki, nümayəndə heyəti Türkiyənin Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Əttar, Türkiyənin həmkarlar ittifaqı KAMU-SEN Konfederasiyası rəhbərinin müavini Talip Geylan, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar və digərləri ilə görüşüb.

Görüşlərdə Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, iki ölkənin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri bu qardaşlığı daha da uğurlu gələcəyə aparacaq.

Vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclü qardaşlıq münasibətləri mövcuddur. Eyni yaxınlığın vətəndaş cəmiyyəti qurumları arasında da olduğu və bu prosesin davam etdiriləcəyi diqqətə çatdırılıb.

Oxunma sayı: 393
1+1 - 23:53 A A
OXŞAR XƏBƏRLƏR