Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
Atletika üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında uğurlu çıxışı davam etdiriblər.
Xəbər15 bildirir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.
Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Fəridə Rzayeva isə 3-cü yeri tutub.
Üçtəkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb.
Toğrul Şahtatinski isə U-16 kateqoriyasında disk atma və nüvə itələmədə ən yüksək nəticə göstərərək, hər iki növdə qızıl medallara sahib çıxıb.
Oxunma sayı: 182OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb