Azərbaycan və Türkiyə ombudsmanları Macarıstanda beynəlxalq konfransa qatılıblar
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın Macarıstana işgüzar səfəri davam edir.
Ombudsman Aparatının mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, səfər çərçivəsində Müvəkkil Macarıstan Ombudsmanının təşkilatçılığı ilə Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının Budapeştdə keçirilən beynəlxalq konfransında iştirak edib.
Macarıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan ombudsmanlarının və nümayəndələrinin də iştirak etdiyi konfransda məruzə ilə çıxış edən Səbinə Əliyeva ölkəmizdə Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlər, qanunvericiliyin təkmilləşdirilməsi və tətbiq olunan bir sıra yeniliklər barədə məlumat verib.
Oxunma sayı: 431OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb