Azərbaycana idxal olunan məhsulların dəyərinin 12,9 faizi Türkiyənin payına düşür

İqtisadiyyat - 17 Mart 2023 17:26 A A

Cari ilin yanvar ayında Azərbaycana idxal olunan məhsulların ümumi dəyərinin 12,9 faizi Türkiyənin payına düşür.

Dövlət Statistika Komitəsindən Xəbər15-ə bildirilib ki, idxal məhsullarının dəyərinin 19 faizi Rusiyanın, 13,1 faizi Fransanın, hər biri 12,9 faiz olmaqla Çin və Türkiyənin, 4,6 faizi Almaniyanın, 4,4 faizi Türkmənistanın, 3,4 faizi İtaliyanın, 3 faizi ABŞ-ın, 2,9 faizi Qazaxıstanın, 2,7 faizi İranın, 1,8 faizi Koreyanın, 1,6 faizi Ukraynanın, 1,5 faizi Hindistanın, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiyanın, 1,3 faizi Birləşmiş Krallığın, 0,9 faizi Polşanın, 0,8 faizi İndoneziyanın, 0,7 faizi Niderlandın, 9,7 faizi isə digər ölkələrin payına düşür.

Oxunma sayı: 452
İqtisadiyyat - 17:26 A A
OXŞAR XƏBƏRLƏR