Azərbaycandan qeyri-neft məhsullarını ən çox alan ölkə Türkiyədir
2023-cü ilin birinci rübünün yekunlarına görə, Türkiyə Azərbaycandan qeyri-neft məhsulları idxal edən ölkələr arasında birinci yer tutub.
Bu barədə Xəbər15-ə İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Mənbədən verilən məlumata görə, 2023-cü ilin mart ayında Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracı 339,9 milyon dollar olub.
Rusiya 200,7 milyon dollar dəyərində idxalla Azərbaycanın əsas qeyri-neft məhsulları idxalçıları arasında ikinci yer tutub.
Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 33,2 faiz və ya 84,7 milyon dollar, Rusiyaya qeyri-neft məhsullarının ixracı isə 34,3 faiz və ya 51,3 milyon dollar artıb.
Bundan başqa, hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal edən əsas ölkələrin beşliyinə Gürcüstan (109,2 milyon dollar), İsveçrə (29,7 milyon dollar) və Qazaxıstan (27,6 milyon dollar) da daxil olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 23,2 faiz artıb.
Oxunma sayı: 396-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb