Azərbaycanlı futbolçunun klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” klubu Türkiyə Futbol Federasiyasının (TFF) qərarına etiraz edib.
Xəbər15 bildirir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kocaeli klubu aprelin 3-də evdə “Göztəpə”yə 3:2 hesabı ilə qalib gəldikləri XXVIII turun matçında baş verənlərə görə cəzalanıb. Komanda “Bandırmaspor” və “Sakaryaspor”a qarşı növbəti ev matçlarında bir sıra tribunalara azarkeş qəbul edə bilməyəcək.
“Kocaelispor” qərarın ləğv edilməsi üçün TFF-nin Arbitraj Şurasına müraciət ünvanlayıb.
Qeyd edək ki, komanda ötən gün “Girəsunspor”u evdə məğlub edib – 2:0. İlk qolu 8-ci dəqiqədə Ramil Şeydayev vurub. Bölgə təmsilçisi hazırda 52 xalla 3-4-cü yerləri bölüşdürür.
Oxunma sayı: 144OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb