BDU-nun riyaziyyatçı alimi TÜBİTAK layihəsinə elmi məsləhətçi təyin olunub

Təhsil - 28 Aprel 2023 16:40 A A

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov Türkiyə Elm və Texnologiya Komitəsinin (TÜBİTAK) 1001 kodlu “Yarım toxunan laylanmalarda tenzor strukturlar və lift tətbiqləri” adlı araşdırma layihəsinə elmi məsləhətçı təyin olunub. Layihədə professor Arif Səlimovun Türkiyədə yetişdirdiyi elm adamları çalışacaqlar.

Bu barədə Xəbər15-ə BDU-dan məlumat verilib. Bildirilib ki, layihədə mürəkkəb laylanma sinfinə daxil olan yarım toxunan laylanmalarda tenzorlarla təyin edilmiş diferensial-həndəsi strukturlar və bunlarla bağlı olan lift tətbiqləri araşdırılacaq.

Oxunma sayı: 405
Təhsil - 16:40 A A
OXŞAR XƏBƏRLƏR