Çavuşoğlu: Ermənistan ilə Azərbaycan sülh müqaviləsi imzalamalı və Zəngəzur dəhlizinin inşasına başlanmalıdır

Siyasət - 15 Aprel 2023 11:07 A A

Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlanmalıdır.

Xəbər15 məlumat verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına açıqlamasında deyib.

“İki gün əvvəl Ermənistan ilə Azərbaycan arasında növbəti dəfə gərginlik yarandı. Ermənistanın fərqli yollarla sızmağa, silah göndərməyə çalışdığı müşahidə edilir. Bu gərginlikləri kənara qoyub əhatəli sülh müqaviləsi imzalanmalıdır və Zəngəzur dəhlizinin inşasına başlamaq lazımdır. Bu Ermənistan üçün də müsbət olar. Biz, həmçinin İran vasitəsilə Azərbaycandan Naxçıvana alternativ yolun qurulmasını da dəstəkləyirik, çünki alternativlər hər zaman lazımdır”, – deyə türkiyəli nazir vurğulayıb.

Oxunma sayı: 510
Siyasət - 11:07 A A
OXŞAR XƏBƏRLƏR