Deputat: Azərbaycan ilə Türkiyənin qardaşlıq nümunəsi Türk dövlətləri arasında da tətbiq olunmalıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etdi. Bu toplantı Türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xəbər15 məlumat verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
O bildirib ki, dövlətimizin başçısı çıxışı zamanı 44 günlük Vətən müharibəsində və ondan sonraki dövrdə Türkiyə başda olmaqla verilən qardaş dəstəyinin önəmini vurğuladı. Eyni zamanda, bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələdə Azərbaycanın ilk yardıma gələn dövlət olması, xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfərin sağ çıxarılması, həmçinin 780 nəfərin cəsədinin dağıntılar altında aşkar edilməsi, tibb personalımızın ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərməsi qeyd olundu.
“Təbii ki, bu belə də olmalıdır. Bu, həm də qardaşlıq nümunəsidir. İstər xoş günümüzdə, istərsə də acı günümüzdə hər zaman yanaşı durmalıyıq. Münasibətlərin ən yüksək səviyyədə olmasının ən böyük səbəbi hər iki dövlətin rəhbərləri arasında bütün məsələlərdə anlaşmanın və razılığın olması, həmçinin onların səyi nəticəsində əldə edilib. Həm millət olaraq, həm dövlət olaraq bizim anlaşa bilməyəcəyimiz mövzu yoxdur. Əsas məqsəd Türk dövlətləri arasında bu nümunənin tətbiqi, başqa sözlə əlaqələrin ən üst səviyyəyə çatdırılmasıdır. Biz inanırıq ki, Türkiyə və Azərbaycan rəhbərlərinin gücü və zəhməti sayəsində bu istək də reallaşacaq”, – deyə deputat diqqətə çatdırıb.
Oxunma sayı: 734-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb