İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub

1+1 - 27 May 2024 13:08 A A

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla ümumilikdə 154 nəfər əfv edilib.

Xəbər15 məlumat verir ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Budəfəki əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onlardan 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Oxunma sayı: 342
1+1 - 13:08 A A
OXŞAR XƏBƏRLƏR