İdman XƏBƏRLƏRİ
-
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb. Xəbər15-in məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı Macarıstan təmsilçisi Kristian Vantsa ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
-
“Qarabağ” klubu futbolçusu Abdullah Zubirə yeni müqavilə təklif edib. Xəbər15 bildirir ki, Ağdam təmsilçisi aparıcı oyunçusunu buraxmaq fikrində deyil. Fransalı yarımmüdafiəçinin Azərbaycan çempionu ilə hazırkı sözləşməsinin müddəti bu mövsümün sonunda başa çatacaq. Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.
-
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Xəbər15 qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan yığması 1 pillə irəliləyib. Hazırda baş məşqçisiz olan komanda 1177.83 xalla 112-ci sırada qərarlaşıb. Reytinq siyahısına əvvəlki kimi Argentina seçməsi (1858 xal) başçılıq edir. Fransa 1840,59 xalla ikincidir. Əvvəlki siyahı ilə müqayisədə 3 pillə irəliləyən Belçika (1795.23) […]
-
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Xəbər15 məlumat verir ki, 5-ci qrupda yer alan komanda bu gün V tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub. Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə […]
-
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Trabzonspor” və “Fənərbaxça” ilə bağlı qərar qəbul edib. Xəbər15 bildirir ki, bu barədə TFF İntizam Komitəsi məlumat yayıb. “Fənərbaxça”nın 2 futbolçusu – Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuel isə cəza verilməyib. “Trabzonspor” isə qarşıdakı 6 ev oyununu azarkeşsiz keçirəcək. “Trabzonspor”un məşqçisi Egemen Korkmaz da […]
-
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Xəbər15 məlumat verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXVIII turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Səbail”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimə edilib. “Sumqayıt” isə “Araz-Naxçıvan”la matçda intizamsızlığa yol verən 4 oyunçusuna görə analoji sanksiyaya məruz qalıb. Bundan başqa, qarşılaşmanın 90+2-ci […]
-
“Azərbaycan Premyer Liqasının formatı və çempionatdakı klub sayı ilə bağlı müzakirələrimiz olacaq”. Xəbər15 bildirir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, bununla bağlı hazırda yeni qərar yoxdur: “Bunun üçün müəyyən təhlil aparmalıyıq. Qərar verdiyimiz zaman Azərbaycanda və başqa ölkələrdə olan təcrübəni nəzərə alacağıq”.
-
Bu gün AFFA-nın yeni rəhbəri seçilən SOCAR prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb. Xəbər15 həmin müsahibəni təqdim edir: – Milli komandanın baş məşqçisi kim olacaq? Yerli, yoxsa əcnəbi mütəxəssis? – Keçən ilin dekabrında xüsusi komissiya yaradılıb. Müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb. Danışıqlar artıq tamamlanmaq üzrədir, rəsmiləşdirilməsi vəzifəsini yerinə yetirəcəyik. Sadəcə zaman yeni İK-nin […]
-
“Bir neçə məşqçi ilə danışıqlar aparılıb”. Xəbər15 bildirir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib. O, baş məşqçi seçiminin qısa müddət ərzində həll olunacağını bildirib: “Əslində məşqçi təyinatı rəsmiləşməliydi. Dediyim kimi, danışıqlar olub. Sadəcə, onların istəyi ilə adları açıqlaya bilmərik”.
-
AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib. Xəbər15 bildirir ki, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb. Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar. S.Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.
-
AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir. Xəbər15 bildirir ki, tədbirdə qurumun yeni prezidenti müəyyənləşib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf AFFA-nın rəhbəri seçilib.
-
UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib. Xəbər15 bildirir ki, bu barədə AFFA-nın hesabatında qeyd edilib. Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib. Bunlardan 15 milyon 197 min 96 manatı “Qarabağ”a, 2 milyon 196 min 52 manatı “Neftçi”yə, 1 milyon 951 min 89 manatı “Sabah”a, 1 milyon 587 min […]