“Konyaspor” Mahir Emreliyə görə cərimə ödəyəcək

İdman - 21 Mart 2023 16:27 A A

Türkiyənin “Konyaspor” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil olmaqla, 6 futbolçusuna görə cərimə ödəyəcək.

Xəbər15 məlumat verir ki, buna səbəb həmin oyunçuların Super Liqanın XXVI turunda “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə almalarıdır.

Eyni zamanda, texniki zonada oturan bir köməkçi məşqçi də etiraza görə, qırmızı vərəqə alıb. Qaydalara əsasən, hər vərəqə konyalıları cərimə ödəməyə vadar edəcək. “Konyaspor”, həmçinin, qarşılaşma zamanı meydançada yaşanan qalmaqal səbəbindən də cəzalandırılacaq.

Qeyd edək ki, “Qalatasaray” qarşılaşmasında 79 dəqiqə meydanda olan Emreli 15-ci dəqiqədə sarı vərəqə alıb.

Oxunma sayı: 410
İdman - 16:27 A A
OXŞAR XƏBƏRLƏR