Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq
Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq.
Xəbər15 bildirir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat tədbirində deyib.
Onun sözlərinə görə, sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək.
E.Bağırov qeyd edib ki, Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək olacaq: “Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir”.
Oxunma sayı: 236-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb