Milli Məclisin deputatları ATƏT PA-nın xətti ilə Türkiyədəki seçkiləri müşahidə edəcəklər

Siyasət - 12 May 2023 00:15 A A

Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-də İstanbul şəhərinə səfər edəcəklər.

Bu barədə Xəbər15-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlar burada seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər mayın 15-də başa çatacaq.

Oxunma sayı: 401
Siyasət - 00:15 A A
OXŞAR XƏBƏRLƏR