Ötən ilin dekabrında “Star” zavodunda neft tədarükü azalıb

İqtisadiyyat - 1 Mart 2023 16:06 A A

SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “Star” neft emalı zavodunda ötən ilin dekabrında 792 min 435 ton neft tədarük olunub. 2021-ci ilin müvafiq dövründə isə bu göstərici 907 min 761 ton təşkil edib.

Xəbər15 Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsinə istinadla məlumat verir ki, zavod qeyd olunan dövrdə oktan sayı 95 olan 42 tondan çox qurğuşunsuz benzin, 660 min 784 ton dizel, 22 min 183 ton aviasiya yanacağı, 14 min 978 ton aralıq məhsullar, 125 min 999 ton digər məhsullar, 7720 ton ağır vakuumlu qazoyl, 13 min 198 ton maye karbohidrogen qazı, 135 min 843 ton neft, 70 min 335 ton neft koksu və 45 min 853 ton maye qaz istehsal edib.

Oxunma sayı: 610
İqtisadiyyat - 16:06 A A
OXŞAR XƏBƏRLƏR

ŞƏRH YAZ

ŞƏRHLƏR

Heçbir şərh yoxdur.