“Qarabağ”-“Qalatasaray” matçının gəlirləri zəlzələdən əziyyət çəkən vətəndaşlara bağışlanacaq
“Qarabağ” və “Qalatasaray” klubları martın 26-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı paylaşım ediblər.
Xəbər15 məlumat verir ki, “köhlən atlar” rəsmi feysbuk hesabında “Yoldaşlıq deyil, Qardaşlıq oyunu” yazıb.
Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.
Türkiyə təmsilçisi də tviter hesabında görüşün tarixi ilə bağlı paylaşım edib. “Sarı-qırmızılar” da hazırlıq matçındakı gəlirlərin zəlzələdən əziyyət çəkmiş vətəndaşlara bağışlanacağını xatırladıb.
Oxunma sayı: 406
OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb