“Qəbələ” Türkiyədə Rusiya və Moldova klubu ilə qarşılaşacaq
“Qəbələ” klubu 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.
Xəbər15 əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək.
Komanda Boluda məskunlaşacaq və burada üç yoxlama görüşü təşkil olunacaq. Qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.
İlk iki qarşılaşmada Azərbaycan təmsilçisi Moldovanın “Sukleya” və Rusiyanın “Orenburq” klubları ilə üz-üzə gələcək.
Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkədə yekunlaşdıracaq.
OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb