Rektor Türkiyədə zəlzələ bölgəsində çalışan BDU könüllüləri ilə görüşüb
Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllülərinin arasında Bakı Dövlət Universitetinin (BDU) könüllüləri də var.
Xəbər15 BDU-ya istinadla məlumat verir ki, Universitetin könüllüləri – Murad Zeynalov, Fazil Bəhramov və Murad Musazadə fevralın 10-dan Türkiyənin Kahramanmaraş bölgəsində yerli əhaliyə zəruri yardım ediblər. Murad Zeynalov və Fazil Bəhramov fevralın 26-da Vətənə dönüb, Murad Musazadə isə hələ də Kahramanmaraşda könüllülük fəaliyyətini davam etdirir.
Türkiyədən qayıtmış BDU könüllüləri ilə görüşən rektor Elçin Babayev onlara təşəkkür edib. Rektor bildirib ki, BDU könüllüləri ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir, bütün məsələlərdə daim vətəndaş mövqeyi göstərirlər.
Murad Zeynalov və Fazil Bəhramov zəlzələ bölgəsində ümumi vəziyyət və Azərbaycan könüllülərinin fəaliyyəti ilə bağlı məlumat veriblər. Qeyd edilib ki, Kahramanmaraşda olduqları 15 gün ərzində evsiz sakinlər üçün çadırların qurulması, humanitar yardımların boşaldılması və paylanmasında yardım göstəriblər.
Oxunma sayı: 676-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb