Türkiyədə Azərbaycanın işgüzar turizm imkanları barədə məlumat verilib
Azərbaycanın işgüzar turizm imkanları Türkiyədə keçirilən “M&I Forum” beynəlxalq tədbirində tanıdılıb.
Dövlət Turizm Agentliyindən Xəbər15-ə bildirilib ki, İstanbul şəhərində keçirilən tədbirdə Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzinin təmsilçiliyi ilə ölkənin işgüzar və biznes turizmi potensialını tanıtmaq üçün xarici tərəfdaşlarla B2B formatlı 50-dən çox görüş keçirilib. Azərbaycanda mövcud olan müasir işgüzar turizm infrastrukturu və irimiqyaslı biznes tədbirlərinə ev sahibliyi etmə potensialı haqqında məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun ölkəmizdə işgüzar turizmi inkişaf etdirmək istiqamətində digər qurumlarla əməkdaşlığının nəticəsi olaraq ölkəmiz 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasına və Avropa Kranio Maksillo Üz Cərrahiyyəsi Assosiasiyasının Regional Konqresinə, 2024-cü ildə isə Universitet Alimlərinin Liderlik Simpoziumu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşır.
“M&I Forum”u dünya üzrə işgüzar turizm sahəsində 160-dan çox sənaye nümayəndəsini bir araya toplayaraq xarici tərəfdaşlarla əlaqələri genişləndirmək və tanıtım üçün beynəlxalq platforma rolunu oynayır.
Oxunma sayı: 525-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb