Türkiyədə çalışan azərbaycanlı həkim xəstəsindən prokurorluğa şikayət edib

Hadisə - 10 Mart 2023 17:31 A A

İstanbuldakı özəl xəstəxanalardan birində estetik cərrah işləyən 32 yaşlı azərbaycanlı Elvin Əliyev Ester G. adlı alman proqram mühəndisini əməliyyat edib.

Xəbər15 məlumat verir ki, bir həftə sonra müayinəyə gələn  52 yaşlı Ester G. həkimə qarşı qeyri-etik hərəkətlərə yol verib. Belə ki,  o otağa daxil olduqdan sonra qapını bağlayıb və həkimə qəhvə içməyi təklif edib. Elvin Əliyev isə imtina edərək zorla onu otaqdan çıxarıb.

Daha sonra xəstəxananın yaxınlığında kirayə ev tutan Ester G. mütəmadi olaraq həkimi narahat etməyə başlayıb. Elnur Əliyevə idman zalında da yaxınlaşan Ester G ona birlikdə yemək yeməyi təklif edib. Esterin ona müxtəlif nömrələrdən mesaj göndərdiyini, davamlı izlədiyini və qarşısına çıxdığını, evinə gələrək narahat etdiyini bildirən Elvin Əliyev prokurorluğa şikayət edib.

Mənbə: Hurriyet.com.tr

Oxunma sayı: 655
Hadisə - 17:31 A A
OXŞAR XƏBƏRLƏR