Türkiyəli futbolçu: “Azərbaycan millisi ilə oyunda ən böyük gücümüz azarkeşlərimiz olacaq”
Bu matçda ən böyük gücümüz azarkeşlərimiz olacaq. Ərzincanlı qardaşlarımızın tribunaları doldurmasını istəyirik.
Xəbər15 məlumat verir ki, bunu Türkiyə millisinin qapıçısı Fatma Şahin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan komandasına qarşı keçirəcəkləri oyunla bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.
33 yaşlı qolkiper görüşə yaxşı hazırlaşdıqlarını bildirib: “Ərzincana gəldiyimiz üçün xoşbəxtik. Bir çoxumuz daha əvvəl burada olmamışıq. Gözəl mühitlə qarşılaşdıq. Stadion həqiqətən çox yaxşıdır. Komanda olaraq motivasiyalıyıq. Bundan əlavə, Ərzincan futbol tarixində ilk dəfə millinin oyununa ev sahibliyi edəcək. Bu da bizə qismət oldu. Azərbaycan yığmasını məğlub etmək və bu şəhərdəki ilk matçımızda qələbə qazanmaq istəyirik.
Qeyd edək ki, mayın 31-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan millisi iyunun 4-də Türkiyə yığmasını qəbul edəcək.
Oxunma sayı: 425-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb