Türkiyə-Azərbaycan birliyi bölgəmizdə sülh və barışı daha da möhkəmləndirir

Siyasət - 22 Mart 2023 14:16 A A

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və birliyi bu gün hər bir dövlət üçün nümunədir. Bu qardaşlıq və birlik xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış da o qədər möhkəm olacaq.

Xəbər15 məlumat verir ki, bu sözləri Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov deyib.

O bildirib ki, beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu qurumdur.

B.Rəsulovun sözlərinə görə, Azərbaycan və Türkiyənin ticarət dövriyyəsinin artması birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son illər daha da genişlənməsi ilə əlaqədardır. 2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Yaxın illərdə türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollaradək yüksəlməsi gözlənilir.

“Prezident İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türk dövlətləri ilə də əməkdaşlıq əlaqələri daha da genişlənir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır”, – deyə o vurğulayıb.

Oxunma sayı: 529
Siyasət - 14:16 A A
OXŞAR XƏBƏRLƏR