Türkiyə səfiri 13 yaşlı İbrahim Zeynalovla görüşüb

1+1 - 15 Mart 2023 17:50 A A

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qubaya gedərək 13 yaşlı İbrahim Zeynalovla görüşüb.
Xəbər15 məlumat verir ki, bu barədə səfir məlumat yayıb.
“Eşitdim ki, hüquqşünas olmaq istəyir. Bu yolda ona uğurlar arzuladıq. Atasına İbrahimin təhsilinə hər zaman dəstək verməyə hazır olduğumuzu bildirdik”, – deyə Cahit Bağçı diqqətə çatdırıb.
Qeyd edək ki, Xınalıqda yaşayan 13 yaşlı İbrahim Zeynalovun polşalı turistlə ingilis dilində dialoqu bu günlərdə sosial mediada yayılmışdı. O, bu video ilə məhşurlaşdı.

Oxunma sayı: 546
1+1 - 17:50 A A
OXŞAR XƏBƏRLƏR