UNEC Nobel mükafatçısı Əziz Səncər adına tədqiqat mükafatı elan edir
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) kimya üzrə Nobel mükafatçısı, UNEC-in fəxri doktoru Əziz Səncər adına tədqiqat mükafatı elan edir.
Universitetdən Xəbər15-ə bildirilib ki, mükafat UNEC-də yüksəkkeyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədilə təsis olunub. Müsabiqəyə əməkdaşların qida elmləri və texnologiyası, biokimya, mikrobiologiya, biotexnologiya, qida təhlükəsizliyi sahələri üzrə dərc edilmiş elmi məqalələri qəbul edilir.
Mükafat fondu 10 min manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqə ildə bir dəfə keçirilir və 1 elmi əsərə görə verilir. Əsərin 1-dən çox müəllifi olduğu halda, pul mükafatı onlar arasında bərabər şəkildə bölünür. Mükafata təqdim edilən əsərlər Müsabiqə Komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqədə iştirak üçün müraciətlər iyunun 1-dən 30-dək qəbul edilir.
Oxunma sayı: 434-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb