Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Yüksək xidmətə görə” dövlət medalı ilə təltif edib.
Xəbər15 Anadolu Agentliyinə istinadla məlumat verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.
Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.
R.T.Ərdoğan, eyni zamanda, digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.
Türkiyə Prezidenti deyib: “Zəlzələnin təsirlərinin aradan qaldırılması üçün bizə kömək edən hər kəsə, o cümlədən əcnəbi dostlarımıza təşəkkür edirəm. Əsrin fəlakəti qarşısında bütün millətimiz səfərbər oldu. Dünyanın 90 ölkəsindən gələn xilasedicilər bizə dəstək verdi. Könüllülərlə birlikdə təxminən 650 min insanımız zəlzələ baş vermiş ərazilərə axın etdi”.
R.T.Ərdoğanın sözlərinə görə, zəlzələdən sonra 60 ölkə və beynəlxalq təşkilat Türkiyəyə səhra çadırı göndəriblər: “Biz bunları unutmuruq. Qara günün dostlarını tanıyırıq. Vaxtı ilə dəstək olduğumuz dostlarımız zəlzələ zamanı bizi tək qoymadılar. Türkiyəyə gələn əcnəbi xilasedicilər həm bizim, həm də öz ölkələrinin qürur mənbəyi oldu”.
Oxunma sayı: 436-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb