Türkiyə mətbuatı Azərbaycan Prezidentinin Fransanın müstəmləkəçilik siyasətinə sərt etirazından yazır

Siyasət - 3 Mart 2023 17:40 A A

Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsini geniş işıqlandırıb.

Xəbər15 məlumat verir ki, Anadolu Agentliyi, “TR Haber” kanalı, “Yeni Şafak” qəzeti və bir sıra mətbuat orqanlarında məqalələrdə Prezident İlham Əliyevin Fransadan müstəmləkə cinayətlərinə və törətdiyi soyqırımlarına görə üzr istəməsini tələb etdiyi diqqətə çatdırılıb.

Qardaş ölkə mətbuatında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin dünya düzəninin yenidən formalaşmaqda olması, “Soyuq müharibə”nin sona çatmasından bəri dünyada ən ciddi Şərq-Qərb qarşıdurmasının yaşanması, habelə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi və Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunması barədə fikirlərinə də geniş yer verilib.

Oxunma sayı: 323
Siyasət - 17:40 A A
OXŞAR XƏBƏRLƏR