Siyasət XƏBƏRLƏRİ
-
Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Bu sözləri Xəbər15-ə Milli Məclisin deputatı Səbinə Salmanova deyib. […]
-
Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının (TŞ) iclası keçiriləcək. Xəbər15 “Haber Global”a istinadla məlumat verir ki, toplantının əsas mövzularından biri Yaxın Şərqdəki vəziyyət olacaq. Müharibənin Livan ərazisinə keçməsi və İranın İsrailə raket zərbələri, həmçinin Türkiyənin mövqeyi iclasda geniş müzakirə olunacaq. Bundan başqa, toplantıda Azərbaycanla Ermənistan arasında münasibətlər barədə də fikir […]
-
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycan və Türkiyədə seçki məntəqələri yaradacaq. Xəbər15 Gürcüstan MSK-ya istinadla xəbər verir ki, Gürcüstanda parlament seçkiləri üçün ən çox seçki məntəqəsi Yunanıstan, ABŞ, Türkiyə, Almaniya, Azərbaycan və İtaliyada açılacaq. ABŞ və Yunanıstanın hər birində beş məntəqə, Almaniyada dörd, Azərbaycan, Türkiyə və İtaliyada üç, […]
-
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Xəbər15-in məlumatına görə, təbrikdə deyilir: “Hörmətli Prezident, Əziz Qardaşım. Zati-alinizi və can Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan indiyə qədər keçdiyi yol bizi qürurlandırır. Türkiyə olaraq kədərdə […]
-
Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadiqliyini dəfələrlə nümayiş etdirib. İrəvandan da oxşar mövqe gözləyirik. Xəbər15 Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib. Türkiyə lideri əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək. “Türkiyə […]
-
Ümummilli Lider, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib. Xəbər15 məlumat verir ki, tədbirdə Moldovadakı Azərbaycan səfirliyi və Moldova Azərbaycanlıları Konqresi (MAK) ilə birlikdə ölkənin rəsmiləri, MR-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Konqresin üzvləri, eləcə də Azərbaycan diasporunun nümayəndələri də olmaqla 40-a yaxın şəxs iştirak edib. […]
-
Şimali Kipr Türk Respublikası Cümhuriyyəti (ŞKTC) üç qardaş ölkənin maraqları naminə Türkiyə və Azərbaycanla imkanları birləşdirməyə hazırdır. Xəbər15 bildirir ki, bunu ŞKTC Parlamentinin sədri Zorlu Töre İstanbulda Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Fəzail İbrahimli ilə görüşündən sonra deyib. Z.Töre üç ölkənin parlamentlərarası əlaqələrinin inkişafından məmnunluğunu ifadə edərək bildirib ki, may ayında Lefkoşaya Türkiyə və Azərbaycandan […]
-
1915-ci ildəki hadisələri “soyqırımı” adlandırmaq heç bir məntiqə sığmır. Xəbər15 bildirir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Qondarma Erməni soyqırımı: İddialar və gerçəklər” mövzusunda konfransda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. Onun sözlərinə görə, həmin dövrdə dağılmaqda olan imperiyanın bir çox xalqları gerçək soyqırımlarına məruz qalıb: “O dövrdə 500 min nəfərdən çox müsəlman qətlə […]
-
Xarici İşlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin milli təhlükəsizlik müşaviri Tomas Pocarın moderatorluğu ilə keçirilən dəyirmi masa görüşündə Türkiyənin Çexiyadakı keçmiş səfiri Egemen Bağış və səfirliyin birinci müşaviri Banu Malaman, Azərbaycanın Praqadakı səfiri Adış Məmmədov və digər qonaqlarla fikir mübadiləsi aparıb. Xəbər15 bildirir ki, bu barədə Türkiyənin Çexiyadakı səfirliyi məlumat yayıb. […]
-
Ermənistanın paytaxtı İrəvanda Respublika meydanından Osmanlı Türkiyəsində erməni “soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü başlayıb. Xəbər15 Ermənistan KİV-lərinə istinadən bildirir ki, məşəl yürüşünün iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar. Qeyd edilib ki, yürüşə erməni ruhanilərinin nümayəndələri rəhbərlik edirlər.
-
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş Azərbaycan-Türkiyə əməkdaşlığına töhfə verməklə yanaşı, türk dünyasının sıx inteqrasiyasına da yol açır. Xəbər15 məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib. Deputat deyib ki, antimilli ünsürlər son zamanlar yenə […]
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək. Xəbər15 bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar. Danışqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirmək, habelə aktual regional məsələlər barədə ətraflı fikir […]