Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb

Siyasət - 24 Aprel 2024 10:39 A A

Xarici İşlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin milli təhlükəsizlik müşaviri Tomas Pocarın moderatorluğu ilə keçirilən dəyirmi masa görüşündə Türkiyənin Çexiyadakı keçmiş səfiri Egemen Bağış və səfirliyin birinci müşaviri Banu Malaman, Azərbaycanın Praqadakı səfiri Adış Məmmədov və digər qonaqlarla fikir mübadiləsi aparıb.

Xəbər15 bildirir ki, bu barədə Türkiyənin Çexiyadakı səfirliyi məlumat yayıb.

E.Bağış C.Bayramova Türkiyənin xarici işlər naziri Hakan Fidanın salamlarını çatdırıb.

O, görüşdə söz alaraq, “bir millət, iki dövlət” siyasəti çərçivəsində Azərbaycanı Qarabağ zəfəri münasibətilə bir daha təbrik edib və Türkiyənin Azərbaycana dəstəyini vurğulayıb.

Oxunma sayı: 41
Siyasət - 10:39 A A
OXŞAR XƏBƏRLƏR