Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək

Siyasət - 19 Aprel 2024 16:48 A A

Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək.

Xəbər15 bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.

Danışqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirmək, habelə aktual regional məsələlər barədə ətraflı fikir mübadiləsi aparmaq planlaşdırılır.

Oxunma sayı: 46
Siyasət - 16:48 A A
OXŞAR XƏBƏRLƏR