Səhiyyə XƏBƏRLƏRİ

  • Azərbaycanın Baş naziri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb

    Azərbaycanın Baş naziri Ümumdünya Səhiyyə Təşkilatını..

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən Xəbər15-ə bildiriblər ki, görüşdə müasir dünyanı narahat edən məsələlərin müzakirəsi üçün nüfuzlu platforma olan XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Forumun panellərindən birinin səhiyyə məsələlərinə həsr olunması xüsusilə qeyd edilib. Azərbaycan Respublikası ilə […]
  • Ailəsini öldürən Əhməd psixi xəstəxanaya yerləşdirilib

    Ailəsini öldürən Əhməd psixi xəstəxanaya yerləşdirilib

    Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəbər15-in məlumatına görə, istintaq orqanı tərəfindən Ə.Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə təyin edilmiş ekspertiza ilə əlaqədar o, məhkəmənin qərarı ilə ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb. Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu […]
  • Ağdaşda qadın əməliyyatdan sonra ölüb

    Ağdaşda qadın əməliyyatdan sonra ölüb

    Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb. Xəbər15 məlumat verir ki, hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında baş verib. Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
  • Azərbaycanlı həkim nüfuzlu beynəlxalq mükafata layiq görülüb – FOTO

    Azərbaycanlı həkim nüfuzlu beynəlxalq mükafata layiq ..

    Tanınmış həkim, plastik cərrahiyyə və psixologiya üzrə fəlsəfə doktoru, professor Mirəzim Zaidov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (Türkiyə) Atatürk Beynəlxalq Mükafatı və Avropa Akademiyasının (Almaniya) “Şərəf Ordeni” ilə təltif edilib. Xəbər15 bildirir ki, azərbaycanlı həkim bu nüfuzlu mükafat, ordenə peşəkar tibbi fəaliyyətinə və səmərəli ictimai xidmətlərinə görə layiq görülüb. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər […]
  • Ayaqlarınızdakı ağrıların 11 SƏBƏBİ

    Ayaqlarınızdakı ağrıların 11 SƏBƏBİ

    Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. Buna misal insan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalmasını göstərmək olar. Lakin insan dincələndən sonra bu ağrılar keçir. Bəzi hallarda isə ayaqlar heç bir fiziki yükləmə olmadan ağrıya bilər. Bu hər hansı xəstəliyin və ya pozulmanın […]
  • ÜST həyəcan təbili çalır: dünyanı ölümcül xəstəlik bürüyür

    ÜST həyəcan təbili çalır: dünyanı ölümcül xəstəlik bü..

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə vəziyyət kimi təsnif edilən vəbanın sürətlə yayılmasına nəzarəti davam etdirir. Xəbər15 ÜST-ün məlumatına istinadən bildirir ki, təkcə 2024-cü ilin yanvar ayında 40,9 min insan ölümcül xəstəliyə yoluxub, onlardan 775-i dünyasını dəyişib. ÜST-ün məlumatına görə, bakterial infeksiya Afrika, Amerika, Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Vəbanın daha çox yayıldığı […]
  • Yaponiyada orqanları insana köçürülə bilən donuz yetişdirildi

    Yaponiyada orqanları insana köçürülə bilən donuz yeti..

    Yaponiyada ilk dəfə olaraq, geni dəyişdirilmiş donuz uğurla yetişdirilib, onun orqanları sonda insanlara köçürülə bilər. Xəbər15 bildirir ki, bu barədə Meydzi Universitetinin tabeliyində fəaliyyət göstərən “PorMedTec” şirkəti məlumat yayıb. Əvvəlcə yerli biotexnologiya şirkəti tərəfindən ABŞ-da ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə köçürülməsi) məqsədilə geni dəyişdirilmiş donuzların yetişdirilməsi üçün müvafiq texnologiya hazırlanıb. Yapon mütəxəssislər ABŞ-dan gətirilən hüceyrələrdən […]
  • Dünyada vəba xəstələrinin sayı 700 mini keçib

    Dünyada vəba xəstələrinin sayı 700 mini keçib

    Ötən il dünyada vəba xəstələrinin sayı 700 mini keçib, 2024-cü ilin yanvarında isə 40 mindən çox insan xəstələnib. Xəbər15-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Təşkilat xəstəliyin dünyada daha da yayılma riskini çox yüksək qiymətləndirib. Vəbanın davamlı şəkildə yayılması “2024-cü ilin əvvəlində aydın olur: təkcə yanvar ayında 17 ölkədən 40 900 […]
  • ÜST yeni pandemiya ilə bağlı xəbərdarlıq edib

    ÜST yeni pandemiya ilə bağlı xəbərdarlıq edib

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlıq edib. Xəbər15 xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun mümkün olduğunu bildirib. “Amma insanlar buna hazır deyillər. Dünya hələ də növbəti X xəstəliyinə və növbəti pandemiyaya hazır deyil. Əgər sabah növbəti pandemiya olsa, dünya COVID-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcək”, […]
  • Ötən ay 3,9 min şəxsə əlillik təyin olunub, 8,6 min şəxsə reabilitasiya xidməti göstərilib

    Ötən ay 3,9 min şəxsə əlillik təyin olunub, 8,6 min ş..

    Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xəbər15-ə verilən məlumata görə, onlardan 1,9 mininə ilkin, 2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər […]
  • Yanvar ayında KTM-ə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub, 7-si ölüb

    Yanvar ayında KTM-ə zəhərlənmə şübhəsi ilə 664 nəfər ..

    Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub. KTM-dən Xəbər15-ə verilən məlumata görə, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir. Həkimlərin […]
  • Slovakiya prezidenti koronavirusa yoluxub

    Slovakiya prezidenti koronavirusa yoluxub

    ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb. Xəbər15 bildirir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb. Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü – fevralın 4-də iş proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Prezident sahibkarlardan ibarət nümayəndə heyətinin rəhbərliyi ilə, […]