Ali Məhkəmə vətəndaşın tikinti şirkətinə qarşı iddiasını təmin edib
Ali Məhkəmə vətəndaşın tikinti şirkətinə qarşı iddiasını təmin edib.
Xəbər15 bildirir ki, vətəndaş tikinti şirkətlərinin birindən dəyərini tam ödəyərək aldığı mənzilin sahiblik və istifadə hüququnun qeydiyyata alınmasını xahiş etsə də, tikinti şirkəti bundan imtina edib.
Şirkət imtinanın səbəbini çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədinin olmaması ilə əsaslandırıb.
İddiaçı daha sonra məhkəməyə müraciət edərək mənzilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edib. Aşağı instansiya məhkəmələrinin qərarlarından narazı qalan vətəndaş Ali Məhkəməyə müraciət edib və kassasiya şikayəti təmin olunub.
Yəni Apellyasiya Məhkəməsinin 2023-cü il aprelin 7-də çıxardığı qərar ləğv edilib və iş təkrar baxılması üçün geri göndərilib.
Oxunma sayı: 56-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb
-
Türkiyə Prezident Administrasiyasında “Əziz şəhər Şuşa” adlı tədbir keçirilib