Azərbaycan Gaziantepdən məhsul idxalını artırıb

İqtisadiyyat - 23 Aprel 2024 16:37 A A

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gaziantep şəhərindən Azərbaycana 15 milyon 948 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Xəbər15 Türkiyə İxracatçılar Məclisinə istinadla məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 14,3 % çoxdur.

Həmçinin cari ilin martında Gaziantepdən ölkəmizə 5 milyon 51 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,8 % artım deməkdir.

Oxunma sayı: 29
İqtisadiyyat - 16:37 A A
OXŞAR XƏBƏRLƏR