Azərbaycan ilk dəfə xaricə damazlıq yumurta ixrac edib

Kənd təsərrüfatı - 15 Yanvar 2024 12:02 A A

Azərbaycanın quşçuluq sektorunda ilk baş verib. Belə ki, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb.

Azərbaycan Quş Əti, Yumurta  İstehsalçıları və İxracatçıları Assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentindən Xəbər15-ə bildirilib ki, Assosiasiyanın üzvü olan “Giləzi Quşçuluq” ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir.

Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanda quşçuluq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin real nəticəsi olaraq son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır.

Bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. İnanırıq ki, tezliklə ölkəmizin digər quşçuluq məhsullarının da ixracatçısına çevrilməsi mümkün olacaq.

Oxunma sayı: 108
Kənd təsərrüfatı - 12:02 A A
OXŞAR XƏBƏRLƏR