Azərbaycan Türkiyədən fındıq idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb

Kənd təsərrüfatı - 11 Noyabr 2023 15:08 A A

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 131 min ABŞ dolları dəyərində fındıq və fındıq məhsulları idxal edib.

Xəbər15 bildirir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır.

Təkcə oktyabr ayında isə Türkiyə Azərbaycana 15 min ABŞ dolları dəyərində fındıq və fındıq məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 17,8 % azalma deməkdir.

10 ayda Türkiyənin ümumi fındıq və fındıq məhsulları ixracının dəyəri illik müqayisədə 7,1 % artaraq 1,1 milyard ABŞ dollarına, oktyabrda isə 15,7 % artaraq 205,352 milyon ABŞ dollarına çatıb.

Oxunma sayı: 103
Kənd təsərrüfatı - 15:08 A A
OXŞAR XƏBƏRLƏR