Azərbaycanda aqrar sektor 1 % böyüyüb
Bu ilin I rübündə Azərbaycanda 1 milyard 444,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Xəbər15 Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,9 % artaraq 76,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1 % artaraq 1 milyard 368,5 milyon manat olub.
Yanvar-mart aylarında ölkədə diri çəkidə 139,2 min ton ət, 504,5 min ton süd, 571,7 milyon ədəd yumurta və 96,6 min ton tərəvəz istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 0,6 %, süd istehsalı 0,6 %, yumurta istehsalı 5,2 %, tərəvəz istehsalı 2,7 % artıb.
Oxunma sayı: 29OXŞAR XƏBƏRLƏR
-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb