Azərbaycanda qız atasının səsini yazıb anasına göndərdi, kişini həbs etdilər

1+1 - 16 Aprel 2024 11:45 A A

Azərbaycanda daha bir dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.

Xəbər15 bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı əxlaqsız hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soyad şərtidir) 16 il həbs cəzası verilib.

Məlum olub ki, Samir 2009-cu il təvəllüdlü qızı Naziləyə (ad şərtidir)  2020-ci ildən 2023-cü ilədək əxlaqsız hərəkətlər edib. Bundan başqa, qızına əxlaqsız videolar göstərərək eynisini ondan tələb edib.

Yeniyetmə isə bu durumu heç kimə açıqlaya bilməyib. Belə ki, Nazilə ona heç kimin inanmayacağını düşünüb. Atasının əxlaqsız davranışlarından təngə gələn yeniyetmə, özünü sübut etmək üçün sonda valideyninin səsini telefona yazıb. Daha sonra isə səsyazmanı vatsapda anasına göndərib. Qızın anasının ilk müraciət etdiyi ünvan isə DİN-in “102” xidməti olub.

Bütün bunlara baxmayaraq, Nazilə məhkəmədə atasından şikayətçi olmadığını, onunla barışdığını bildirib və valideyninə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəməyə sədrlik edən Bilal Məmmədov isə qanuna uyğun davranaraq, məhkumun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin vacibliyi ilə bağlı qərar verib.

Oxunma sayı: 53
1+1 - 11:45 A A
OXŞAR XƏBƏRLƏR